Elektron poçt hesabının yaradılması
cPanel-də yeni elektron poçt hesabı yaratmaq üçün:
-
cPanel-in Mail bölməsinə daxil olun və Email Accounts-u seçin.
- Create xanasını seçin.
- Email hissəsinə e-poçt ünvanının ilk hissəsini daxil edin.
-
@ işarəsindən sonra açılan siyahıdan uyğun domeni seçin.
- Password xanasına e-poçt ünvanı üçün şifrə daxil edin. Bu şifrə sonradan Outlook quraşdırarkən və ya vebmail vasitəsilə hesabınıza daxil olarkən lazım olacaq. Şifrəni özünüz əl ilə yaza və ya Generate düyməsinə klikləyərək güclü, avtomatik yaradılmış şifrə əldə edə bilərsiniz.
-
Storage Space, yəni yaddaş sahəsini istədiyiniz miqdarda təyin edin. Həmiçinin Unlimited düyməsini seçərək limitsiz yaddaş da əldə edə bilərsiniz.
- Create düyməsini klikləyin.
Yeni e-poçt hesabınız e-poçt hesabı yaradılması formasının altındakı cədvəldə görünəcək.
Elektron poçt hesabının silinməsi
Elektron poçt hesabını silmək üçün:
-
cPanel-in Mail bölməsinə daxil olun və Email Accounts-u seçin.
-
Aşağıdakı cədvəldə silmək istədiyiniz e-poçt hesabının qarşısında yerləşən Delete düyməsini klikləyin.
E-poçt hesabı və həmin hesaba aid bütün məktublar qalıcı olaraq silinəcək.